:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

NATO hansı şərtlə Gürcüstanı üzv qəbul edə bilər?

Font

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen hesab edir ki, Gürcüstan hakimiyyəti Abxaziya və Cənubi Osetiya olmadan alyansa üzvlük məsələsinə baxmalıdır.

Ərazi münaqişələrinin həlli NATO-ya daxil olmaq üçün meyarlardan biri sayılır.

"Əgər Gürcüstan NATO üzvü olmaq istəyirsə, demokratik islahatları davam etməlidir, korrupsiyaya qarşı mübarizə, söz azadlığı və azlıqların müdafiəsini təmin etməlidir. Hesab edirəm ki, Abxaziya və Cənubi Osetiya olmadan NATO-ya üzvlüklə bağlı müzakirələr başlamalıdır. Bu qərarı Gürcüstan verməlidir, bundan sonra NATO-nu qərar barədə xəbərdar etməlidir",-deyə Tbilisidə beynəlxalq konfransda Rasmussen bəyan edib.