:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Aİ-nin Avropa qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə yeni komissarının adı məlum olub

Font

Avropa İttifaqının (Aİ) Avropa qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə yeni komissarının adı məlum olub.

Avropa İttifaqı Şurasının saytı verdiyi xəbərə görə, bu vəzifəyə Macarıstanın sabiq ədliyyə naziri, Avropa parlamentinin deputatı Laszlo Trocsanyi təyin olunub.

Hüquq elmləri üzrə professor L. Trocsanyi Macarıstanın Fransa və Belçikada səfiri vəzifəsində də çalışıb.

Daha əvvəl bu postda çalışan Yohannes Han isə Büdcə və Administrasiya məsələləri üzrə kommisar təyin olunub.