:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Çavuşoğlu: “Təhlükəsiz bölgə ilə bağlı ABŞ-ın addımları görüntü xarakteri daşıyır”

Font

"Təhlükəsiz bölgə məsələsində ABŞ tərəfindən atılan addımlar görüntü xarakteri daşıyır. ABŞ prosesi ləngitməyə davam etsə, Türkiyə bölgəyə girmək məcburiyyətində qalacaq”.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu gün monteneqrolu həmkarı Srdjan Darmanoviçlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, sərhədlərini terrorçulardan mühafizə etmək Türkiyənin borcudur.

Qeyd edək ki, ötən həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə sərhəddə təhlükəsiz bölgə ilə bağlı şərtlərinin qəbul olunmayacağı təqdirdə, Türkiyənin qaçqınlara Avropanın qapılarını açacağını bəyan edib.