:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Xorvatlar Bakı metrosunda səs-küy qopardı – VİDEO

Font

Dünən Azərbaycan yığmasının Xorvatiya ilə qarşılaşmasından əvvəl Bakı metrosunda maraqlı anlar yaşanıb.

Bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti”nə məlumat veriblər.

Bildirilir ki, oyundan öncə stadiona gedən Xorvatlı azarkeşlr Bakı metrosundan istifadə ediblər.

Azarkeşlər qatarda qələbə mahnıları oxuyublar. Bu görüntülər hadisə ətrafda olan insanların marağına səbəb olub.

Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində "Bakcell Arena"da keçirilən Azərbaycan-Xorvatiya oyununda qalib müəyyənləşməyib.

Matçın 11-ci dəqiqəsində yığmamızın qapısına təyin olunmuş 11 metrlik cərimə zərbəsini Luka Modriç dəqiq yerinə yetirib.

Oyunun 72-ci dəqiqəsində millimizin üzvü Təmkin Xəlilzadə baxımlı qola imza ataraq hesaba tarazlıq gətirib.