:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Facebook" istifadəçiləri fotolarda üzlərinin tanınmasını qadağan edə biləcəklər

Font


"Facebook" rəhbərliyi tezliklə bütün istifadəçilərin sosial şəbəkələrdəki şəkillərdə üz tanıma texnologiyasından istifadəni qadağan edə biləcəyi funksiyanı təqdim etmək niyyətindədir.

TASS xəbər verir ki, bu barədə rəsmi "Facebook" bloqunda yayımlanan bəyanatda deyilir.

Qeyd olunub ki, yeni istifadəçilər üçün bu funksiya əvvəlcə bağlı olacaq. Lakin istifadəçi bu funksiyanı istənilən vaxt aktiv edə bilər. Çərşənbə axşamı isə bu funskiya hər kəs üçün açıq olacaq.

Bəyanatda deyilir ki, istifadəçilərə üzlərin tanınması ilə bağlı digər yeniliklər də təqdim olunacaq. Bunların arasında şəxsin olduğu fotoşəkili özününkü kimi təqdim edilməsi barədə avtomatik olaraq istifadəçiyə xəbərdarlıq göndərilməsi funksiyasıdır.