:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ronaldo: “Messi ilə karyeramızı eyni ildə bitirməyimiz pis olmazdı”

Font

"Nəzərə alsaq ki, Lionel Messi məndən 2 yaş kiçikdir, hər ikimizin karyeramızı eyni ildə bitirməyimiz pis olmazdı”.

Bunu Portuqaliya millisinin və İtaliyanı "Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldo deyib.

34 yaşlı hücumçu futbolçu yenidən karyerasını bitirmək barədə danışıb. K. Ronaldo son illərdə onunla birlikdə planetin ən yaxşısı sayılan Lionel Messi ilə eyni vaxtda futbola vida etməyin əleyhinə olmadığını qeyd edib: "Mən heç də pis formada deyiləm. Buna görə də bir, iki, üç il də oynayacağıma ümid edirəm”.