:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Tramp Polşa səfərini təxirə salıb

Font

ABŞ Prezidenti Donald Trampın Polşaya nəzərdə tutulan rəsmi səfəri Florida ştatının sahillərinə doğru yaxınlaşan "Dorian” qasırğasına görə təxirə salınıb.

Varşavada ABŞ nümayəndə heyətinə rəhbərliyi vitse-prezident Mayk Pens edəcəkdir.

Qeyd olunub ki, qasırğa 2 sentyabr, çərşənbə axşamı günü Florida sahillərinə çatmalıdır.

Xatırladaq ki, D.Tramp Polşaya sentyabrın 1-də Varşavada keçiriləcək İkinci Dünya müharibəsinin başlanmasının 80-ci il dönümünə həsr edilmiş tədbirlərdə iştirak etmək üçün səfər edəcəkdi.