:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ağsuda dağlıq ərazidə yanğın başlayıb, əraziyə helikopterlər və təyyarə cəlb edilib

Font

Fövqəladə Hallar Nazirliyi Ağsuda baş verən yanğınla bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, avqustun 29-da Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Ağsu rayonu, Kəlağayı kəndində mürəkkəb relyefli dağlıq ərazidə quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

Yanğının qarşısının alınması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülkü müdafiə qoşunlarının canlı qüvvə və texnikası, Aviasiya dəstəsinin 2 helekopteri və 1 "BE 200 ÇS” tipli amfibiya təyyarəsi cəlb olunub.

***

Saat 14:48

Ağsuda dağlıq ərazidə yanğın başlayıb.

APA-nın məlumatına görə, yanğın rayonun Kəlağaylı kəndi ərazisində yüksək dağlıq ərazidə meydana gəlib. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.