:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Rusiyanın Britaniyadakı keçmiş səfiri Diplomatiya Akademiyasına rektor təyin olunub

Font

Rusiyanın Böyük Britaniyadakı keçmiş səfiri Aleksandr Yakovenko Rusiya Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasının rektoru təyin edilib.

Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

M.Zaxarova Aleksandr Yakovenkonun böyük diplomatik təcrübəyə malik bir diplomat olduğunu xatırladıb.

Qeyd edək ki, Aleksandr Yakovenko 2011-ci ildən Rusiyanın Böyük Britaniyadakı səfiri vəzifəsində çalışıb. O, 2019-cu il avqustun 24-də səfir vəzifəsindən geri çağırılıb.