:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Taksi sürücüsünə qarşı quldurluq olub-Bakıda

Font

Daxili İşlər Nazirliyi (DİN Mətbuat Xidmətindən verilən məlumata görə Bakı əhər sakini T.Qəhrəmanov Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Şöbəsinə müraciət edib.

O bildirib ki, avqustun 27-də saat 5 radələrində F.Rüstəmov küçəsində idarə etdiyi "KİA” markalı avtomobilə sərnişin qismində oturmuş 2 nəfər onu naməlum əşya ilə hədələyərək 278 manat pulunu alıblar.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Dərhal başlanmış əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ə.Qənbərov və C.Qənbərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.