:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ağdamda 10 evdən külli miqdarda pul və qızıl oğurlayan şəxslər tutulub

Font

Ağdamda oğurluqla məşğul olan şəxslər saxlanılıb.

Ağdam rayon polis şöbəsinin əməkdaşları Ağdam rayon ərazisində müxtəlif vaxtlarda 10 mənzildən oğurluq edən qrup üzvlərini saxlayıb. Ağdam rayon sakinləri - 22 yaşlı Mehdiyev Seymur Vaqif oğlu, 18 yaşlı Səfərov Rəhman Bəhmən oğlu və Ağayev Nemət Elxan oğlu cinayət məsuliyyətinə cəlb olunublar. Adıçəkilən şəxslər ümumilikdə 18330 manat pul və 15300 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.

Hazırda istintaq həmin şəxslərin başqa cinayətləri törədib-törətmədiklərini araşdırır.