:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Balaca gimnastımız Mina Abbasova Bakı qələbəsindən sonra Budapeştdə daha bir qızıl medala sahib oldu

Font

9 yaşlı, balaca gimnastımız Mina Abbasova iyun ayında Bakıda keçirilən "Gymkids kuboku 2019” –Bədii Gimnastika üzrə 1-ci açıq beynəlxalq çempionatda qazandığı qızıl medalından sonra

23-25 avqust tarixlərində Macarıstanın Budapeşt şəhərində XIX ənənəvi "Gracia” kuboku uğrunda yarışlarda ölkəmizi layiqincə təmsil edib və sayca 35-ci medalına qızıl medala sahib olub.

Macarıstanla yanaşı, ABŞ, Kanada, Rusiya, Ukrayna, Lüksemburq, Xorvatiya, Slovakiya, Misir, Çexiya, Avstriya, İspaniya, İsrail, Rumıniya, İtaliya, Malayziya, Gürcüstan, Koreya, Braziliyanın milli yığmalarının qatıldığı bu mötəbər yarışlarda
həmyerlimiz Mina Abbasova alətsiz çıxışda rəqiblərini böyük xal fərqi ilə geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və komandasına qələbə sevinci bəxş edib. Növbəti 2-ci və 3-cü yerlər macar və rus gimnastlarına verilib.
Qeyd edək ki, balaca idmançımız indiyə qədər iştirak etdiyi bütün beynəlxalq turnirlərdə parlaq qələbələri ilə yadda qalıb. Onun bu uğurları təkcə öz idman karyerasına deyil, Azərbaycanın idman tarixinə də qızıl hərflərlə yazılmaqdadır.
O, 5 yaşından başlayaraq Macarıstanda fəaliyyət göstərən Beynəlxalq dərəcəli hakim Lyubov Bernat və Inga Mackusun rəhbərlik etdiyi "Rus Rg Sport” klubunun üzvüdür.
Balaca gimnastımızın həmişəki kimi ən böyük arzusu ölkəmizi Dünya çempionatlarında və Olimpiya oyunlarında təmsil etmək və üçrəngli bayrağımızı zirvələrə qaldırmaqdır.


Uğurlar, Mina!