:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Tramp həmkarları ilə Rusiyanın G7-yə qayıtması məsələsində mübahisə edib

Font

ABŞ Prezidenti Donald Tramp Biarritzdə G7 həmkarları ilə Rusiyanın kluba qayıtması məsələsində mübahisə edib.

"The Guardian” verdiyi xəbərə görə, G7-nin digər ölkələri ABŞ Prezidentinin bu ideyasını dəstəkləməyiblər. Nəticədə gərgin müzakirələr yaranıb. D. Tramp həmkarlarının arqumentləri ilə razılaşmayıb.

Məlumata görə, Yaponiyanın Baş naziri Sindzo Abe bitərəfliyini qoruyub saxlayır. İtaliyanın Baş naziri Cuzeppe Konte isə ABŞ Prezidentini dəstəkləyib.

Avropa İttifaqının rəhbəri Donald Tusk daxil olmaqla, sammitin digər iştirakçıları genişləndirilmiş formatın bərpasına qarşı çıxıblar.

Donald Trampın sözlərinə görə, İran, Suriya və Şimali Koreya problemlərinin müzakirəsi üçün Rusiyanın iştirakı vacibdir.

Qeyd edək ki, 2014-cü ildə Krım yarımadasının ilhaqı və Ukraynada baş verən hadisələrdən sonra G7 ölkələri Rusiyanı sammitə dəvət etməkdən imtina edib.