:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Balakəndə yol qəzasında motosklet sürcüsü ağır xəsarət alıb

Font

Balakən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə ötən gün axşam saat 21
radələrində rayonun Əyri Tala kəndində baş verib.

Kənd sakini, 1975-ci il təvəllüdlü Elxan Cəlal oğlu Paxırov idarəetdiyi qoşqulu
motoskletlə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən yolun
kənarındakı daş hasara çırpılıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan E.Paxırov Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Tibb müəssisəsindən bildirilib ki, E.Paxırova kəllə-beyn travması və alın
sümüklərinin sınığı dioqnozu qoyulub. Yaralının vəziyyəti nəzərə alınaraq
müayinə və müalicəsini davam etdirmək üçün Gəncə şəhərindəki xəstəxanalardan
birinə göndərilib.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.