:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Oğuzda dağlıq ərazidə başlayan yanğının söndürülməsinə FHN-nin amfibiya təyyarəsi və helikopterləri cəlb edilib

Font

Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığındakı mürəkkəb relyefi dağlıq ərazidə, meşədə yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi məlumata görə, yanğının söndürülməsinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və Aviasiya dəstəsinin "BE 200 ÇS” tipli amfibiya təyyarəsi, 2 ədəd helikopteri cəlb edilib.