:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

ATƏT: XİN başçıları həmsədrlərin himayəsi altında yaxın vaxtlarda görüşmək barədə razılığa gəlib

Font

ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə davamlı həllində tərəflərə kömək etməyə qətiyyətli şəkildə sadiq olaraq qalır.

Bu barədə ATƏT-in Kommunikasiya və Media Əlaqələri Departamentindən məlumat verilib.

Bilidirilir ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri həmsədrlərin himayəsi altında yaxın vaxtlarda yenidən görüşmək barədə razılığa gəliblər.

"Tərəflər, adətən, belə görüşün təfərrüatlarını eyni vaxtda və müvafiq zamanda, adətən, görüşdən bir neçə gün əvvəl elan edirlər", - deyə məlumatda qeyd olunur.