:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

FHN: Yanğının söndürülməsinə 22 texnika cəlb olunub

Font

Avqustun 22-də Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 22 texnikası, Xüsusi Riskli Xilasetmə Xidmətinin 60 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub.

Baş verən yanğın zamanı 6 nəfər xəsarət alıb.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə nəticəsində xəsarət alanlardan 5 nəfər Fövqəladə Hallar Nazirliyinin əməkdaşıdır: "Onlardan 3-nə yerində ilkin tibbi yardım göstərilib. Digər 2 nəfər və 1 adi vətəndaş xəstəxanaya yerləşdirilib".

Xatırladaq ki, paytaxtın Nərimanov rayonu ərazisində taxta bazarı adlanan ərazidə güclü yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları ilə yanaşı Səhiyyə Nazirliyinin 10 Təcili Tibbi yardım briqadası da cəlb edilib.