:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakıda taxta bazarı yanır -VİDEO

Font

Baksol” yolu yaxınlığında tikinti materialları bazarında baş verən yanğında 2 nəfər xəsarət alıb.

Bu barədə APA-ya Səhiyyə Nazirliyindən bildirilib.


16:55

Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevyanğın baş verən əraziyə gəlib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Saat 16:27

Fövqəladə Hallar Nazirliyi (FHN) "Baksol” yolu yaxınlığında tikinti materialları bazarında baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, avqustun 22-də FHN-nin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, "Baksol” yolu yaxınlığında tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının söndürülməsi üçün əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub.

Bakı Nəqliyyat Agentliyinin (BNA) "Baksol” yolundakı taxta bazarında baş verən yanğınla əlaqədar yaydığı məlumatda isə bildirilir ki, qeyd edilən istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılıb. Nəqliyyat vasitələrinin Ziya Bünyadov prospektindən Dərnəgül 1 yoluna (Baksol yolu) girişi bağlanıb.

"Yanğınsöndürmə texnikalarının və digər operativ nəqliyyat vasitələrinin hadisə yerinə maneəsiz gəlməsi, eləcə də ərazidə sərbəst hərəkət etməsi üçün sürücülərdən zərurət olmadığı halda bu yoldan istifadə etməmələrini xahiş edirik”, - deyə BNA-nın məlumatında bildirilir.

Səhiyyə NazirliyindənAPA-ya verilən məlumata görə, Təcili Tibbi Yardıma çağırış saat 15:12-də daxil olub. Hadisə yerinə 10Təcili Yardım briqadası göndərilib: "Hələlik Təcili yardıma bir nəfər FHN-nin yanğınsöndürəni müraciət edib. Xəsarət alanlar barədə məlumat daxil olarsa bu barədə əlavə məlumat verəcəyik”.

***

Saat 15:33

Bakıda güclü yanğın başlayıb.

APA-nın məlumatına görə, hadisə "Baksol” yolunda qeydə alınıb. Taxta anbarında baş verən yanğınının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.