:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"MiQ-29" təyyarəsinin pilotu Rəşad Atakişiyevin nəşi tapıldı

Font

24.07.2019-cu ildə axşam saatlarında təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapılıb.

Bunu Unikal.org-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O vurğulayıb ki, hazırda mərhumun nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb.

Qabil Hüseynli açıqlamasında bildirib ki, Rəşad Atakişiyevin cənazəsi Təzə Pir Məscidinə gətiriləcək.

Mərhumla vida mərasimi sabah saat 9-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil olunacaq.

Rəşad Atakişiyevin nəşi ikinci Fəxri Xiyabanda dəfn oluncaq.

Qeyd edək ki, Qabil Hüseynli sözügedən təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatasıdır.