:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

İyulun 1-nə Azərbaycanda problemli kreditlərin həcmi 1,5 mlrd. manata yaxın olub

Font

2019-cu il iyul ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 13482,6 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsi verdiyi məlumata görə, ümumi kredit portfelinin 10831,3 milyon manatı və ya 80,3%-i uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 97,5%-i banklar, 2,5%-i isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçən kreditlərin məbləği 1486,5 milyon manat olub və ümumi kredit portfelinin 11%-ni təşkil edib.