:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Oğurluq edən dəstə saxlanılıb

Font

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşayış evindən oğurluq edən rayon sakinləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad rayonunun Ağdaş kənd sakini olan bir qadın Rayon Polis Şöbəsinin Göytəpə Polis Bölməsinə müraciət edərək yaşadığı evdən ümumilikdə 7800 manat dəyərində 1 ədəd televizor, 4 ədəd xalça, 1 ədəd elektrik generatoru, 1 ədəd qaz sobası, 1 ədəd elektrik mişarı və digər məişət əşyalarının oğurlandığını bildirib.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktını törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.

Bərdədə oğurluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, avqustun 2-də Bərdə rayon Mustafaağalı kənd sakini olan bir qadın RPŞ-yə ərizə ilə müraciət edərək fermadan 1700 manat dəyərində olan iki baş iribuynuzlu heyvanın oğurlandığı barədə məlumat verib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Mustafaağalı kənd sakinləri Turab Talıbov və Rəşad Əsədzadə saxlanılıb. Dindirilmə zamanı onlar törətdiyi cinayət əməlini etiraf edib. Oğurlanmış heyvanlar tapılaraq sahibinə qaytarılıb.