:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“Favorit” market yanıb

Font

Binəqədi rayonu 9 mikrorayon ərazisində Mircəlal Paşayev küçəsində yerləşən "Favorit” marketdə yanğın hadisəsi baş verib.

Нanğın nəticəsində əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə bölməsinin 4 briqadası cəlb olunub.
Binəqədi rayon Polis İdarəsinin və mühafizə polisinin əməkdaşları da hadisə yerindədir.

Yanğın marketin anbarında baş verib. Anbardan malları çıxararkən mühafizə polisinin bir əməkdaşı - Elnur Niftəliyev tüstüdən zəhərlənib. O, dərhal 1 saylı şəhər xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilib.

Marketin rəhbərliyindən APA-ya verilən ilkin məlumata görə, yanğının baş verməsinə səbəb anbarda elektrik naqillərində yaranmış qısaqapanma olub.

Yanğın FHN-in yanğından mühafizə bölməsi tərəfindən tam söndürülüb.

Faktla bağlı araşdırma aparılır.