:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycanda Prezident təqaüdü təyin olunmuş şəxslərin sayı açıqlanıb

Font

2019-cu ilin altı ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 32102 ailəyə 34241 uşağın anadan olmasına görə, 4126 nəfər radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxsə müalicə üçün və 3355 nəfər penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxsə birdəfəlik müavinətlər verilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin iyulun 1-i vəziyyətinə əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 380 nəfər zərərçəkən kompensasiya alıb.

Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmuş müxtəlif kateqoriyadan olan şəxslərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,8 dəfə artaraq 239,8 min nəfər olub.