:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Avropa Şurasının baş katibi sentyabrın 16-da vida çıxışı edəcək

Font

Avropa Şurasının baş katibi Turbyörn Yaqland sentyabrın 16-da Avropa İnsan Hüquqları Məhkəməsində vida nitqi ilə çıxış edəcək.

Bu barədə T. Yaqlandın sözçüsü Daniel Holtgen rəsmi "Twitter” səhifəsində qeyd edib.

Qeyd edək ki, Turbyörn Yaqland 2009-cu ildən bu yana Avropa Şurasının baş katibi vəzifəsində çalışır. Onu bu vəzifədə Xorvatiyanın Xarici İşlər naziri Mariya Peyçinoviç Buriç əvəz edəcək. M.P. Buriç sentyabrın 20-də vəzifəsinin icrasına başlayacaq.