:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Tramp: "İran ABŞ-la yeni saziş imzalamaq istəyir"

Font

ABŞ prezidenti Donald Tramp bildirib ki, İran Birləşmiş Ştatlarla yeni saziş imzalamaq istəyir.

RİA "Novosti" xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Nyu-Qempşirdə tərəfdarları qarşısında çıxışında bildirib.

"İran sazişə nazil olmaq istəyir", - deyə ABŞ-ın dövlət rəhbəri qeyd edib.

Onun sözlərinə görə, bu ABŞ-ın tətbiq etdiyi sanksiyalarla bağlıdır. Dövlət başçısı qeyd edib ki, sanksiyalar İran iqtisadiyyatına böyük zərər vurub.