:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Neftçi" Avropa Liqasında çıxışını başa vurub

Font

Bakının "Neftçi” klubu bu gün növbəti avrokubok oyununu keçirib.

Azərbaycan təmsilçisi Avropa Liqasının III təsnifat mərhələsində cavab matçına çıxıb.

Ölkənin ən titullu klubu İsraildə yerli "Bney Yehuda” ilə üz-üzə gəlib. Bakıda 2:2 hesablı heç-heçə ilə kifayətlənən paytaxt klubu Petah Tikvada qalib gəlmək arzusunda olsa da, rəqib buna imkan verməyib.

Cari mövsüm səfərdə keçirdiyi hər iki görüşdə quru hesabla qalib gələn Roberto Bordinin yetirmələri bu dəfə 0:2 hesablı məğlubiyyətə üzülüblər. Oyunda zəif təsir bağışlayan "ağ-qaralar" qapılarında ilk qolu 14-cü dəqiqədə görüblər. Dor Yanın zərbəsi dəqiq alınıb.

Effektsiz hücumlar edən "Neftçi" 66-cı dəqiqədə ikinci dəfə cəzalanıb. Tambi Saqasın qolu fərqi artırıb. Oyunun sonlarında isə Azərbaycan təmsilçisi təsəlli qolu vurmağı bacarıb. Emin Mahmudov penaltini dəqiq yerinə yetirib.

Beləliklə, 1:2 hesabı ilə uduzan Bakı təmsilçisi Avropa Liqası ilə vidalaşıb.

Qeyd edək ki, "Neftçi" əvvəlki mərhələlərdə "Speranta” (Moldova) və "Arsenal"a (Rusiya, Tula) qalib gəlmişdi.

Avropa Liqası
III təsnifat mərhələsi
Cavab oyunu
15 avqust
"Bney Yehuda” (İsrail) – "Neftçi” - 1:2