:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Peskov: "Kreml qəza enişi edən “A321” təyyarəsinin pilotlarını qəhrəman hesab edir"

Font

Kreml Moskva vilayətində qarğıdalı sahəsində qəza enişi edən "A321” təyyarəsinin pilotlarını qəhrəman hesab edir.

"RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Təyyarənin sərnişinləri və ekipaj üzvləri sağ qalıblar, xəsarət alanlara tezliklə sağalmağı arzu edir və qəhrəman pilotları təbrik edirik”, - D. Peskov bildirib.

Prezidentin mətbut katibi həmçinin bildirib ki, pilotların təltif edilməsi üçün sənədlərin qəbulundan sonra işlər qısa müddət ərzində yerinə yetiriləcək. D. Peskov pilotların mütləq mükafatlandırılacağını da sözlərinə əlavə edib.

Qeyd edək ki, bu gün Moskva vilayətinin Jukovski hava limanından Simferopola uçan "Ural" hava yollarına məxsus "Aerobus A321” təyyarəsi Moskva vilayətində qarğıdalı sahəsinə enməli olub. Qəza enişi təyyarə havaya qalxarkən quş dəstəsinin mühərriklərə çırpılması səbəbindən baş verib. Nəticədə hər iki mühərrik dayanıb, mühərriklərdən biri isə alışıb. Bununla belə pilotlar təyyarəni qarğıdalı sahəsinə endirə biliblər. Sərt eniş nəticəsində 23 nəfər, o cümlədən bir hamilə qadın və 9 uşaq müxtəlif xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Ümumilikdə təyyarənin göyərtəsində 234 nəfər olub. Onlardan 7 nəfəri ekipaj üzvüdür. Təyyarədəkilərin hamısı təxliyə olunub.