:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bolton: "Şimali Koreya ilə danışıqların bərpasına ümidvarıq"

Font

"ABŞ hökuməti Şimali Koreya ilə danışıqların işçi səviyyəsində tezliklə bərpasına ümid edir".

"Voice of America” xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton müsahibəsində bildirib.

"Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə Koreya Respublikası sərhədindəki silahsız bölgədə Donald Tramp ilə Kim Çen In arasında görüşdən sonra KXDR ilə aramızda işçi səviyyəsində mahiyyətcə danışıqlar olmayıb. Bunların tezliklə yenidən başlayacağına ümidvarıq. Gerçək məsələ Şimali Koreyanın öz nüvə silahlarından və çatdırma vasitələrindən imtina etməyə dair konkret strateji qərar verib-verməyəcəyidir”, – Ağ ev rəsmisi deyib.

O, belə bir qərar müqabilində Şimali Koreya üçün geniş iqtisadi imkanların açılacağına işarə vuraraq söyləyib ki, onların üzünə daha yaxşı həyatın qapısı açılıb, amma KXDR hökuməti bu qapıdan keçməlidir, bunu hələ etməyib.

Şimali Koreyanın bu günlərdə keçirdiyi raket sınaqlarına toxunan ABŞ prezidentinin müşaviri bunun Kim Çen In tərəfindən ABŞ Prezidenti Donald Trampa verdiyi vədlərə zidd olmasa da, yarımadada baş verənləri izləyənləri narahat etdiyini dilə gətirib.