:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bərdədə xəzinədar işlədiyi mağazadan 340 min manat pul mənimsəyib - RƏSMİ

Font

Bərdədə mağazadan külli miqdarda pul oğurlanıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 10-da rayon ərazisindəki inşaat materialları mağazalarının birindən 340 000 manat pulu götürərək itkin düşən, orada xəzinədar işləyən X.Əliyev saxlanılıb.

O, izahatında işlədiyi mağazadan qeyd edilən məbləği mənimsəməsini etiraf edib.