:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Rusiya ukraynalı diplomatı arzuolunmaz şəxs elan edib

Font

Rusiya Ukraynanın Sankt Peterburqdakı Baş Konsulluğunun əməkdaşını arzuolunmaz şəxs elan edib.

"Ukrinform” verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Rusiya XİN-nin məlumatına görə, bu addım rusiyalı diplomatın rəsmi Kiyev tərəfindən arzuolunmaz şəxs elan edilməsinə cavab olaraq atılıb.

Qeyd edək ki, avqustun 13-də Ukraynanın Təhlükəsizlik Xidməti Lvov şəhərində yerli sakinin kəşfiyyat məlumatlarını toplayaraq Rusiyanın Lvovdakı Baş Konsulluğunda çalışan rusiyalı diplomata ötürdüyünü aşkar edib.

Rusiyalı diplomatın artıq Ukrayna ərazisini tərk etdiyi bildirilir.