:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

AMEA: 1978-1995-ci illərdə Xəzərin səviyyəsinin yüksəlməsi iqtisadiyyata ziyan vurub

Font

"Xəzər dənizinin səviyyəsinin 1 metr aşağı düşməsi fəlakət deyil, bu, ekstremal hal sayılmır”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov bildirib. 

R. Məmmədov qeyd edib ki, 1978-1995-ci illərdə Xəzər dənizinin səviyyəsinin 2,5 metr yüksəlməsi  Azərbaycan iqtisadiyyatına 2,5 milyard dollar ziyan vurub: "Bu, ekstremal hal idi. Bu gün üçün isə Xəzərdə suyun səviyyəsinin 1 metrdən çox azalması müşahidə olunur. Bu da ekstremal vəziyyət sayıla bilməz. Ola bilsin ki, bir müddətdən sonra əvvəlki səviyyəyə qayıtsın. Ümumiyyətlə, Xəzərdə suyun səviyyəsinin dəyişməsi dövrü xarakter daşıyır”.