:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Gürcüstanda kriminal avtoritetlər saxlanılıb

Font

Gürcüstanın Kutaisi şəhərində cinayətkar qruplaşmanın 4 üzvü saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saxlanılan 1977-ci il təvəllüdlü "Tetron”, 1978-ci il təvəllüdlü "Çina”, 1991-ci il təvəllüdlü "Buta” ləqəbli kriminal avtoritetlər və 1983-cü il təvəllüdlü şəxs hədə-qorxu və şantaj yolu ilə vətəndaşlardan pul tələb ediblər. İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər külli miqdarda pul əldə etmək məqsədilə 1994-cü il təvəllüdlü vətəndaşdan onlayn totalizatorda "Toyota Land Cruiser Prado” markalı avtomobilin dəyərinin üçdə bir hissəsini – 10 min ABŞ dollarını hədə-qorxu gəlməklə alıblar.

Cinayətkar qruplaşma üzvlərini 4 ildən 7 ilədək həbs cəzası gözləyir.