:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“Mançester Siti” “Yuventus”un müdafiəçisini transfer edib

Font

İngiltərənin "Mançester Siti” klubu heyətinə yeni futbolçu qatıb.

"Şəhərlilər” Portuqaliya millisinin müdafiəçisi Juan Kanselunu rənglərinə bağlayıblar.

İngilislər İtaliya "Yuventus”undan transfer edilən 25 yaşlı Avropa çempionu üçün 65 milyon avro ödəyiblər. J. Kanselu 2025-ci ilədək "Mançester Siti”nin şərəfini qoruyacaq.

Qeyd edək ki, müdafiəçi ötən mövsüm "Yuventus”un heyətində 34 oyuna çıxıb və 1 qol vurub.