:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Dieqo Forlan karyerasını başa vurub

Font

Uruqvay millisinin və İspaniya "Atletiko”sunun sabiq futbolçusu Dieqo Forlan karyerasını başa vurub.

Son bir il iki ayda heç bir rəsmi matça çıxmayan hücumçu idmançı kimi karyerasını bitirdiyini açıqlayıb.

Son klubu Honkonq təmsilçisi "Kitçi” olan D.Forlan 2018-ci ilin mayından sonra heç bir matçda iştirak etməyib.

Futbolçu karyerasını Uruqvayın ən titullu klubu "Penyarol”da başa vurmaq istəyində olsa da, bu, baş verməyib. Tərəflər arasında danışıqlar müsbət nəticələnməyib.

Qeyd edək ki, "Penyarol”un yetirməsi olan 40 yaşlı veteran karyerası ərzində "Danubio”, "İndependente”, "Mançester Yunayted”, "Vilyarreal”, "Atletiko”, "İnter”, "Osaka”, "Mumbai” və "Kitçi” klublarında oynayıb. 2002-14-cü illərdə şərəfini qoruduğu Uruqvay millisindəki 112 oyuna 36 top vuran hücumçu Amerika kubokunun qızıl və bürünc mükafatçısı, dünya çempionatının yarımfinalçısı olub. D.Forlan DÇ-2010-da "Qızıl top”, ən yaxşı bombardir və ən gözəl qolun müəllifi mükafatlarını qazanıb, iki dəfə Avropanın "Qızıl buts”una yiyələnib.