:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Rusiyada artilleriya anbarında partlayışda yaralananlar var, iki kəndin əhalisi təxliyə olunur

Font

Rusiyanın Krasnoyarsk diyarının Açinsk şəhərində hərbi hissənin artilleriya anbarında baş verən partlayışlarda 4 nəfər xəsarət alıb.

RİA Novosti agentliyi verdiyi məlumata görə, yaralılardan ikisi Açinsk şəhər xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, tibbi yardım göstəriləndən sonra onlar evə buraxılacaqlar.

Partlayış baş verən anbarda 45 min mərminin olduğu bildirilir.

Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, anbarın yaxınlığında yerləşən yaşayış məntəqələrində yaşayanların təxliyəsinə qərar verilib.

Artıq Yeni Uluy və Kamenka kəndlərindən əhalinin təxliyəsinə başlanılıb.