:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Yevlaxda qadının pul qabından 3300 manat götürülüb

Font

Yevlaxda soyğunçuluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, iyulun 29-da Yevlax şəhər sakini A. Cəfərova RPŞ-yə ərizə ilə müraciət edərək rayon ərazisindəki bazarda olarkən içərisində pul və bankomat kartları olan pul qabının oğurlandığını bildirib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A. Cəfərovaya məxsus içində 3360 manat və iki ədəd bankomat kartları olan pul qabını götürərək soyğunçuluq etmiş rayon sakini, əvvəllər məhkumluğu olan Samir Məmmədov saxlanılıb. Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı cinayəti işi başlanılıb, araşdırmalar aparılır.