:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Rusiyada sərnişin avtobusu yük maşını ilə toqquşub: 5 ölü, 14 yaralı

Font

Rusiya Federasiyasının Stavropol diyarında sərnişin avtobusu ilə yük maşını toqquşub.

"TASS" evrdiyi məlumata görə, Həştərxan-Elista-Stavropol avtomobil yolunun 420-ci kilometrində baş verən qəza nəticəsində 5 nəfər həlak olub, 14 nəfər xəsarət alıb.

Bildirilir ki, qəza zamanı avtobusda 23 nəfər olub. Xəsarət alanların sərnişinlər olduğu qeyd edilir. Onlar rayonun mərkəzi xəstəxanasına çatdırılıblar.

İlkin məlumata əsasən, qəzaya səbəb sərnişin avtobusunun qarşı hərəkət zolağına çıxması olub.