:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Rusiya XİN: Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən narahatıq

Font

"Rusiya Azərbaycan – Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən narahatdır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib.

O bildirib ki, gərginliyin artması bu yaxınlarda atəşkəsin bərqərar olması ilə bağlı əldə olunmuş razılaşmalara və münaqişənin siyasi yollarla həll edilməsi ilə əlaqədar səsləndirilən bəyanatlara ziddir.

"Vəziyyətin daha da gərginləşməsi yolverilməzdir. Münaqişə tərəflərini təmkin nümayiş etdirməyə, güc istifadəsindən imtina etməyə və vəziyyətin stabilləşməsinə yönələn tədbirlər görməyə çağırırıq”, - M. Zaxarova vurğulayıb.