:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

SOCAR: Azərbaycan qazı Avropanın bir addımlığındadır

Font

Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi 6,7 mlrd. ABŞ dollarına başa gəlib. Bu barədə SOCAR-dan bildirilib.

Məlumata əsasən, ilkin investisiya dəyəri 11,7 mlrd. dollar olan TANAP layihəsinin tikintisi zamanı 5 mlrd. dollara yaxın vəsaitə qənaət edərək, SOCAR və tərəfdaşları birlikdə layihənin ümumi xərclərini 40% azaltmağa nail olub.

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans Adriatik Boru Kəmərinin (TAP) inşasında 88,5% işlər yekunlaşıb. "Layihə üzrə işlər qrafikə uyğun olaraq davam etdirirlir”, - deyə məlumatda qeyd edilir.

Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Bu gün TANAP artıq Avropaya təbii qazın ötürülməsi üçün tam hazır vəziyyətdədir.

Xatırladaq ki, bu ilin yanvar-may aylarında TANAP-la vasitəsilə Türkiyəyə 953,3 mln. kubmetr Azərbaycan qazı nəql edilib. İstifadəyə veriləndən bu ilin iyun ayının 1-dək TANAP-la 2 257,3 mln. kubmetr qaz nəql edilib.

Proqnoza əsasən, cari ilin sonunadək kəmərlə Türkiyəyə (kəmərin istifadəyə veriləndən) 3 mlrd. kubmetr qaz nəql etmək planlaşdırılır.