:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

DSX: Ermənilər atəşkəsi pozub, bir hərbçimiz yaralanıb

Font

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax” əlahiddə sərhəd diviziyasının Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.

Dövlət Sərhəd Xidmətindən (DSX) verilən məlumata görə, 31 iyul tarixində saat 16:40-da döyüş mövqe­lərimiz düşmən tərəfindən atəşə tutulub. Düşmənin atəş nöqtələri cavab atəşilə susdurulub.

Atışma zamanı döyüş növbəsində xidmət aparan Dövlət Sərhəd Xid­mətinin 1 hərbi qulluqçusu yara­lanıb. Sər­hədçiyə dərhal təxirəsalınmaz tibbi yardım göstərilib və hazırda həyatı üçün təhlükə yoxdur.