:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Tramp “Twitter”dən istifadə etməsinin səbəbini açıqlayıb

Font

ABŞ Prezidenti Donald Tramp "Twitter”dən istifadə etməsinin səbəbini açıqlayıb.

D. Tramp "C-Span” telekanalına müsahibəsində bildirib ki, mətbuatın hücumundan qorunmaq üçün "Twitter”dən istifadə edir.

"Əgər mətbuat barəmdə qərəzsiz yazılar yayımlasaydı, o zaman "Twitter”də yazmağıma ehtiyac qalmazdı. Lakin onlar barəmdə düzgün məlumatlar yazmırlar. "Twitter” mənim üçün yeganə müdafiə üsuludur”, - ABŞ Prezidenti vurğulayıb.

D. Tramp qeyd edib ki, Prezident olduğu 2 il yarım müddət ərzində ən böyük məyusluğu medianın onun haqqında yazdıqları ilə bağlıdır: "Bu, məni çox məyus edir, çox təəccübləndirir. Qələbənin əhəmiyyətindən asılı olmayaraq, media fəaliyyətimi düzgün işıqlandırmır. Elə bu səbəbdən də "saxta xəbər” ifadəsi yaranıb”.