:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakıda intihara cəhd edən iki nəfərdən biri xilas edilib - YENİLƏNİB-1

Font

Bakıda intihara cəhd edən iki nəfərdən biri xilas edilib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbər görə, avtomobil yolunun üzərində quraşdırılmış dəmir konstruksiyanın üzərinə çıxaraq intihar edəcəyini bildirən şəxslərdən biri aparılan psixoloji söhbət nəticəsində aşağı enməyə razı olub.

Hazırda digər şəxsin intihara cəhdinin qarşının alınması istiqamətində tədbirlər görülür.

12.20

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nizami rayonunda 2 nəfərin avtomobil yolunun üzərində quraşdırılmış dəmir konstruksiyanın üzərinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.

Nazirlikdən APA-ya bildirilib ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hazırda xilasedicilər tərəfindən intihara cəhdin qarşısının alınması üçün zəruri tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

12.12

Bakıda 2 nəfər intihara cəhd edir.

APA-nın məlumatına görə, Nizami rayonu, Mikayıl Əliyev küçəsində iki kişi yolun üzərindəki dəmir konstruksiyaya çıxaraq özünü atacağını bildirib. Hadisə yerinə hüquq-mühafizə orqanları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Əlavə məlumat veriləcək.