Neymar zorlama ilə bağlı ittihamlar üzündən məhkəmədən xilas oldu
- Yerləşdirilib: 2019-07-30 09:11:11
Braziliya millisinin və Fransanın PSJ klubunun futbolçusu Neymara zorlama ilə bağlı ittiham irəli sürülməyəcək.Polis araşdırması zamanı 27 yaşlı hücumçunun cinayət törətməsi ilə bağlı heç bir sübut üzə çıxmayıb.Əvəzində futbolçunu ittiham edən qızın ifadələrində bir-birinə zidd fikirlər aşkarlanıb. Bununla da Neymarın üzərindən bütün şübhələr götürülüb və o, məhkəmə önünə çıxmayacaq.Qeyd edək ki, braziliyalı model Najila Trindadi Neymarı zorlamada ittiham edirdi. O, mayın 15-də Parisdəki otellərin birində futbolçu tərəfindən zorakılığa məruz qaldığını əsas gətirirdi. Model San-Paulunun polis bölməsinə şikayət yazsa da, Neymar ilk gündən ittihamları təkzib edib və bütün bunların pul qopartmağa xidmət etdiyini bildirirdi.
XƏBƏRLƏR
- 2019-12-06
- 20:07
Sergey Lavrov ABŞ-a səfər edəcək
- 19:03
Merkel: “Alman faşistlərinin törətdiyi cinayətlərə görə utanıram”
- 18:03
Azərbaycanda beynəlxalq və ölkədaxili sərnişin qatarlarının hərəkət cədvəli dəyişdirilir
- 17:50
Bank VTB (Azərbaycan)-ın kollektivi ağacəkmə aksiyasına qoşulub
- 17:02
Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib
- 16:10
OPEC+ ölkələri neft hasilatında proporsional əlavə azalmanı gələn ilin ilk rübündə müzakirə edəcək
- 15:58
“Çelsi”nin transfer qadağası ləğv edilib
- 15:31
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar
- 14:26
Habil Vəliyev azadlığa buraxılıb
- 14:21
"WhatsApp" kütləvi mesajları qadağan edir
- Davamı