:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Kriştianu Ronaldo Marbelyada 1,45 milyon dollara villa alıb

Font

Portuqaliya milli komandasının və "Yuventus”un futbolçusu Kriştianu Ronaldo özünə yeni villa alıb.

34 yaşlı hücumçunun yeni mülkü İspaniyanın Marbelya şəhərində yerləşir.

İstirahət üçün nəzərdə tutulan bu villa 1,45 milyon dollara alınıb. Ronaldonun yeni evi iki çəki dərəcəsində UFC-nin sabiq çempionu Konor Makqreqorun qonşuluğundadır.

Villa şəhər kənarı "La Resina” qolf klubunun ərazisində yerləşir. Oradan birbaşa Aralıq dənizinə mənzərə açılır.