:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“Sarı zolaq”la bağlı sürücülərə inzibati protokol tərtib olunmayıb

Font

"Baku-2019 Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı bəzi küçə və prospektlərdə tətbiq edilmiş "sarı zolaq” qadağası qüvvədən düşüb”.

Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, bir neçə fakt istisna olmaqla "sarı zolaq”la bağlı sürücülərə hər hansı bir inzibati protokol tərtib olunmayıb: "Bu da o deməkdir ki, sürücülər paytaxtımızda keçirilən tədbirinin əhəmiyyətini düzgün qəbul edərək polislə həmrəylik nümayiş etdirib. Buna görə bütün sürücülərimizə təşəkkür edirik”.

Qeyd edək ki, iyulun 20-dən 28-dək Baku-2019 Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı paytaxt yollarına çəkilmiş xüsusi sarı zolaqlara digər nəqliyyat vasitələrinin girişi qadağan edilib.