:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Ukraynada növbədənkənar parlament seçkilərinin yekun nəticələri açıqlanıb

Font

Ukrayna Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərində istifadə olunan səsvermə bülletenlərinin sayılmasını başa çatdırıb.

Məlumatı UNİAN yayıb.

Yekun nəticələrə görə, prezident Vladimir Zelenskinin Xalqın Xidmətçisi Partiyasına seçkidə iştirak edən seçicilərin 43,16 faizi ( 6 milyon 307 min 97 nəfər) səs verib.

Müxalifət Platforması - Həyat uğrunda Partiya 13,05 faiz (1 milyon 908 min 87), Batkivşina - 8,18 faiz (1 milyon 196 min 258), Avropa Həmrəliyi Partiyası 8,1 faiz (1 milyon 184 min 475) Səs Partiyası 5,82 faiz (851 min 669) səs toplayıb.

Sekilərdə iştirak edən başqa partiyalar 5 faizlik seçki baryeini aşa bilməyiblər. Bununla da Ukrayna parlamentində 5 partiya təmsil olunacaq.

Qeyd edək ki, Ukrayna parlamentinə növbədənkənar seçkilər iyulun 21-də keçirilib. Seçkilərdə 21 partiya və siyasi təşkilat iştirak edib. Seçki proporsional və majoritar sistemlər üzrə keçirilib. Ukrayna parlamenti 450 deputatdan formalaşır.