:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Venesuela XİN-i ABŞ-ın yeni sanksiyalarını iqtisadi terrorizm adlandırıb

Font

ABŞ-ın Venesuela üçün sanksiya siyahısının genişləndirməsi beynəlxalq qanunların pozulması və iqtisadi terrorizmdir.

TASS xəbər verir ki, bu barədə Cənubi Amerika Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, bu cür tədbirləri yalnız iqtisadi terrorizm kimi qiymətləndirmək olar. Bunlar beynəlxalq aləm tərəfindən rədd edilir, çünki bu, BMT Nizamnaməsinin və digər beynəlxalq hüquq normalarının açıq şəkildə pozulmasıdır.

Nazirlikdən diqqətə çatdırılıb ki, ABŞ-ın sanksiyaları "Venesuela xalqını qida hüququndan məhrum edir". Venesuela hakimiyyəti də hesab edilir ki, görülən tədbirlər "Bolivar Respublikasının işlərinə qarışmaq məqsədlərinə çata bilməyən ABŞ hökumətinin ümidsizliyini göstərir".

Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi, Venesuela üçün sanksiya siyahısına daha 10 fiziki və 13 hüquqi şəxsi əlavə etdiyini bildirmişdi. Qara siyahıya Venesuela və Kolumbiya vətəndaşları, həmçinin ABŞ, Honk Konq, Birləşmiş Ərəb Əmirlikləri, Kolumbiya, Panama, Meksika və Türkiyədə yerləşən şirkətlər daxildir. ABŞ hakimiyyət orqanlarına görə, bu şirkətlər prezident Nikolas Maduronun maraqlarına uyğun fəaliyyət göstərən korrupsiya sxemində iştirak edirlər.