:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Içki məclisində 4 nəfər bir-birini bıçaqlayıb-Bakıda

Font

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Sarayeva küçəsi 18 ünvanında baş verib.

Belə ki, 4 nəfər arasında içki məclisində mübahisə yaranıb. 1976-cı il təvəllüdlü Fərhadov Babək Feyruz oğlu, 1964-cü il təvəllüdlü Həsənov Tural Əziz oğlu, 1973-cü il təvəllüdlü Nurməmmədov Vüqar Seyfəddin oğlu və Məmmədov Vüqar Ziyəddin oğlu bıçaq xəsarəti alıb. Məlum olub ki, əvvəlcə Tural Həsənov yeyib-içdikdən sonra bıçaqla B.Fərhadov, V.Nurməmmədov və V.Məmmədovu bıçaqlayıb. Daha sonra yaralılardan biri Turalın əlindəki bıçağı alaraq ona xəsarət yetirib. Yaralıların hamısı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb.