:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Qoşulmama Hərəkatına üzv ölkələrin Xarici İşlər nazirləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Font

Qoşulmama Hərəkatına üzv ölkələrin Xarici İşlər Nazirlərinin Venesuelanın paytaxtı Karakasda keçirilən konfransında iyulun 21-də qəbul edilən yekun bəyannaməsində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək bird daha vurğulanıb.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva öz rəsmi "Twitter” hesabında qeyd edib.

Bəyannamə həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin məhz bu prinsiplər üzərində danışıqlar yolu ilə həll edilməsini təşviq edir.

Qeyd edək ki, Qoşulmama Hərəkatına üzv ölkələrin Xarici İşlər nazirlərinin görüşü 18-21 iyulda Karakasda keçirilib.