:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Font

30 iyul 2019-cu il tarixində Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.

BFB-dən bildirilib ki, hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının "Üzvlər” bölməsində yerləşdirilib.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:

Dövlət istiqrazının növüFaizli, ortamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN koduAZ0105014754
Emissiya həcmi25 000 000 AZN
Nominal dəyəri100 AZN
İstiqrazların tədavül müddəti728 gün
Faiz ödənişləri (olduqda)28 yanvar 2020-cu il, 28 iyul 2020-ci il, 26 yanvar 2021-ci il, 27 iyul 2021-ci il
Faiz gəliri8 %
Ödəmə tarixi27.07.2021
AnderrayterPaşa Kapital İŞ

QSC